Xamenei son etirazları dövlət çevrilişinə cəhd adlandırıb
Fevral 03
07:20
2026
İrandakı etirazlar dövlət çevrilişinə cəhdə bənzəyirdi, lakin qarşısı alındı.
"Report" xəbər verir ki, bunu İranın Ali Rəhbəri Seyid Əli Xamenei "X"dəki hesabında yazıb.
İranın ali rəhbəri digər paylaşımında bazarlarda başlayan etirazların əsaslı olduğunu da etiraf edib: "Tacirlərin arqumentləri doğru idi, lakin onların dinc aksiyalarında üsyançılar da gizlənməyə çalışıblar".



