SON XƏBƏR

Xalq şairinin medalını 200 manata hərraca çıxaran Dilrubə Vaqifzadə : "Onu mırta qoydum"

Noyabr 01
21:54 2017
Xəbər verdiyimiz kimi, Azərbaycanın mərhum xalq şairi Cabir Novruzun medalı sosial şəbəkə vasitəsi ilə satışa çıxarılıb.

Qlobal.az xəbər verir ki, yenicag.az-ın əldə etdiyi məlumata görə, Dilrubə Vaqifzadə adlı xanım 1999-cu ildə Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin fərmanı əsasında Cabir Novruza təqdim edilən "Xalq şairi” medalına 200 manat qiymət qoyub.

Yayımlanan xəbərlə bağlı açıqla verən xanım məsələyə belə münasibət bildirib:

"Bu, zarafat üçün idi. Azərbaycan Aktyorlar Birliyinin sədri Ruslanla "inbox”da danışırdıq. Dedim, belə bir şey var, mənə inanmırlar. Mən onu auksion qrupunda paylaşandan sonra dedilər ki, sil onu, belə şeyləri zarafata salma. Mən burdakılara acıq üçün paylaşmışam. Birincisi o satılan bir şey deyil. Bu, bizə hədiyyədir. Satmaq niyyətim yox idi. Satmaq fikrim olsaydı, çoxdan satmışdım. Mən də onu mırta qoydum.

Saytın əməkdaşı xanımın bu açıqlamasından sonra mərhum xalq şairi Cabir Novruzun mırta qoyulası adam olmadığını xatırladıb. O, isə cavabında "mən elə söz demədim” söyləyib. Halbuki, Vaqifzadənin bu açıqlamasının səsyazısı da qeydə alınıb.

Qeyd edək ki, sağlığında əməkdar incəsənət xadimi, xalq şairi fəxri adlarına, dövlət mükafatına, orden və medallara layiq görülən Cabir Novruz 2002-ci ildə vəfat edib. O, vaxtı ilə Azərbaycan Milli Məclisinin deputatı seçilmiş, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olmuşdur.
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook