Xalq şairindən xəbər var
Oktyabr 23
10:16
2015
"Reanimasiyadan çıxsam da, həkimlər evə buraxmayıblar, xəstəxanadayam”.
Qlobalinfo.az xəbər verir ki, bu sözləri Kulis-ə açıqlamasında xalq şairi Söhrab Tahir bildirib.
O deyib ki, bir həftədən çoxdur xəstəxanaya yerləşdirilib:
"Ürəyimdə problemlər var. Həkimlər sağ olsunlar, onların ciddi nəzarəti altındayam. Artıq səhhətim yaxşılaşır.”
Xatırladaq ki, bir müddət əvvəl vəziyyəti ağırlaşan xalq şairi Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi. Şair beş gün əvvəl palata rejiminə köçürülüb.
89 yaşlı xalq şairi ürək xəstəliyindən əziyyət çəkir.