Xalq artistinin oğlu şəhid olub
Noyabr 13
13:22
2020
Respublikanın Xalq artisti, prezident təqaüdçüsü, Akademik Milli Dram Teatrının aktyoru Əli Nurun oğlu şəhid olub.
Trend-in məlumatına görə, Xalq artistinin oğlu, baş leytenant Rövşən Nurzadə Qarabağ uğrunda müharibədə Şuşanın işğaldan azad olunması zamanı düşmən gülləsinə tuş gəlib.



