Xalq artistinin formada qalma sirri
Noyabr 21
14:22
2015
Xalq artisti Azərin formada qalmağının sirrini açıqlayıb.
Qlobalinfo.az-ın məlumatına görə, müğənni çoxlu su içdiyini bildirib:
"Qurmanam, yeməyi çox yeyirəm. Amma qayda-qanuna riayət edirəm. Sağlam qidalanıram. Çoxlu su içirəm. Qida rasionumda çörək yoxdur. İstəyəndə lavaşdan istifadə edirəm. Süfrədən doymadan dururam. Məşhur rusiyalı həkim Neumıvakinin məsləhətini dinləyirəm. Düyünün yanında ət yemək olmaz. Əti ancaq soyutmalanmış formada istifadə edirəm. Yemək arası su olmaz. Yeməkdən 15 dəqiqə əvvəl su içirəm. Ət yeyirəmsə, 2 saat keçdikdən sonra su qəbul edirəm. Axşam 7-dən sonra heç nə yemirəm".



