Xalq artistindən deputata sərt sözlər — "Sən kimsən Naxçıvanlı"
Oktyabr 07
17:15
2016
Bir neçə gündür İmişili rayonundan olan atanın öz qızını 8 ildir tövlədə qaranlıq qapılar arxasında saxlaması cəmiyyətdə müzakirə olunur.
Xəzər televiziyasında "Bizə danış” verilişində işıqlandırılan problem cəmiyyətdə bəzi şəxslər tərəfindən birmənalı qarşılanmayıb. Xoşqədəm Hidayətqızın aparıcılıq etdiyi verilişlə və yuxarıda adı qeyd edilən məsələ ilə bağlı Milli Məclisin deputatı və qurumun Ailə Qadın və Uşaq problemləri komitəsinin sədri Aqiyə Naxçıvanlı sərt çıxış edərək belə məsələlərin qabardılmaması,eyni zamanda proqramın bağlanmasını istəmişdi.
Qlobal.Az xəbər verir ki, bu məsələ ilə bağlı bizimyol.info saytı xalq artisti Ramiz Məlikovun (Məlik) deputat Aqiyə Naxçıvanlının fikirlərinə münasibətini öyrənib.
Xalq artisti xanım deputatın fikirlərini tənqid edərək sərt reaksiya verib.
"Naxçıvanlı deyilən deputat var, o deyib ki, veriliş bağlansın. Aqiyə Naçıvanlı, sən kimsən, sənin nə mənəvi haqqın var ki, Xoşqədəm haqda fikir bildirirsən? Veriliş niyə bağlanmalıdır? Əgər o veriliş hər hansı bir rayonda baş verən bir vəhşiliyi, dəhşəti efir vastəsi ilə göstərib insanları belə əməllərdən çəkindirirsə, bu veriliş bağlanmalıdır?! O veriliş ən gözəl verilişlərdən biridir. Naxçıvanlı, sən guya millət vəkilisən, sən belə hadislələr zamanı o verilişə gəlməli idin, problemin həll olunmasına köməklik göstərməli idin. Daha deməməlisən ki, bizim işlərimizi görən veriliş bağlanmalıdır. Xoşqədəm xanım da düz edib onu efirə çıxardıb. Cəmiyyətə belə hadisələrlə mesaj verib. Cənab Prezident də iclasların birində bildirmişdi ki, jurnalistlər cəmiyyətdə baş verən neqativ hadisələri ışıqlandırmalıdır ki, onlar öz həllini tapsın. Dünən mən baxdım, o qız Bakıya gətirildi, müalicələri başlayıb. Bunun nəyi pisdir?! Xoşqədəm xanım bir qadını, qızı xilas etdi, eyni zamanda bununla göstərdi ki, cəmiyyətdə belə şeylər olmasın”.”

Qlobal.az