SON XƏBƏR

Xalq artistidən teatr direktoruna ağır sözlər: “Pulgir, rüşvətxor, quldur, üz qarasıdır”

Sentyabr 13
14:07 2023
İrəvan Dövlət Azərbaycan Dram Teatrının sabiq aktyoru Əjdər Zeynalov teatrın direktoru İftixar Piriyevi sərt tənqid edib. 

Qaynarinfo xəbər verir ki, aktyor direktoru dövlətin, mədəniyyətin və omürlərini sənətə, teatra həsr edən sənətkarların qatı düşməni adlandırıb:

"Bu insan Azərbaycan qanunlarını saymır, ələ salıb gülür... Deyir ki, "hər şey pul ilə həll olunan ölkədə heç nədən qorxmuram". Bu insanın təfəkkürü də dövlət əleyhinə proqramlasıb”.

Xalq artisti Ramiz Məlik də Əjdər Zeynalovu dəstəkləyib: 

"Araşdırın görün haralarda işləyib, nə hoqqalardan çıxıb? Pulgir, rüşvətxor, mənsəbpərəst, quldur təfəkkürlü, Azərbaycan mədəniyyətinin üz qarası olan simadır. Onun İrəvan Teatrının yaranmasında heç bir əməyi olmayıb”-deyə sosial şəbəkədə bildirib. 

Məsələ ilə bağlı İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyevlə əlaqə saxladıq: 

"Mənə onunla bağlı heç bir sual verməyin. Ramiz Məliklə bağlı bütün sulları Xalq artisti Məleykə Əsədovaya ünvanlayın. Nə yazıb özü bilər. Mən ona heç bir reaksiya bildirməyəcəyəm”. 

Direktor Əjdər Zeynalovun sosial şəbəkədə yazdığı ağır ittihamlara da cavab verib: 

"Mən heç kəsin fikirlərinə münasibət bildirmirəm. Onlar mənim üçün maraqlı deyil, mənim üçün Allahın həqiqəti maraqlıdır. Qərəzli fikirlərə münasibət bildirmirəm. İndi demokratiyadır, kim nə istəyir deyir. Bizi tanıyan bilir ki, həqiqət belə deyil. Amma deyirlərsə, qoy həqiqəti və gerçəyi desinlər”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook