SON XƏBƏR

Xalq artisti: “Metro, avtobus sənət adamları üçün deyil”

May 29
13:36 2019
Xalq artisti Nazpəri Dostəliyeva Elgizin aparacısı  "Səhər-səhər” verilişində qonaq olub.

Qaynarinfo xəbər verir ki, aparıcı Elgizin digər qonağı Xalq artisti Nurəddin Mehdixanlını ilk dəfə metroda gördüyünü deyib.

Bu zaman Nazpərinin dedikləri fikirlər böyük marağa səbəb olub:

"Sənət adamlarını metroda, avtobusda görmək möcüzə kimi gəlirdi. Əslində, belə lazımdır. Çünki metro, avtobus sənət adamları üçün deyil. Aparıcısan, metroda, avtobusda rahat gedə bilərsənmi? Hər gün işdə çəkdiyimiz əzablar, üstəgəl də bunlar. Düz yol gedirəm, kimsə "Nazpəri keçdi” deyir, mənim üçün xoşbəxtlikdir. Avtobusda, metroda hamıyla şəkil çəkdirməlisən. Bəzən narazılıqlar yaranır ki, niyə mənimlə foto çəkdirmirsən? Bəzən kobud da davranırlar. Bunlar sevgidəndir” deyə, bildirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook