Xalq artisti Gülağa Məmmədovun anadan olmasının 90 illiyi qeyd ediləcək
Noyabr 19
14:25
2015
Xalq artisti Gülağa Məmmədovun anadan olmasının 90 illiyi qeyd ediləcək
Azərbaycan milli musiqi sənətinin tanınmış nümayəndəsi, Xalq artisti Gülağa Məmmədovun (1925 -1994) 2015-ci il iyul ayının 15-də anadan olmasının 90 illiyi tamam olmuşdur.
Milli ifaçılıq məktəbinin ənənələrini ləyaqətlə qoruyub yaşadan Gülağa Məmmədov eyni zamanda özünəməxsus ifa üslubu ilə milli musiqi sənətimizi zənginləşdirmişdir. Müğənninin uzunillik yaradıcılıq fəaliyyəti Azərbaycan musiqisinin unudulmaz səhifələrini təşkil edir. Onun böyük məharətlə ifa etdiyi mahnılar Azərbaycan milli radiosu və televiziyasının qızıl fondunda qorunub saxlanılır.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2015-ci il noyabrın 18-də saat 19.00-da Azərbaycan Dövlət Filarmoniyasında sənətkarın yubiley gecəsi keçiriləcəkdir.