Xalq Artisti Fatma Mahmudova: “Bu dəfə komediya olmayacaq”.
Yanvar 16
15:27
2018
Azərbaycan Dövlət Musiqili Teatrının mətbuat xidmətindən
bildirilib ki, Xalq Artisti, Prezident təqaüdçüsü Fatma Mahmudova bu dəfə səhnəyə tamaşaçıların adət etmədiyi tərzdə, fərqli
ampulada, daha ciddi və dramatik bir obrazda
çıxacaq.
Yazıçı-dramaturq Əli Əmirlinin "Nuri-didə
Ceyhun” əsərinin məşqləri zamanı Xalq Artisti Fatma Mahmudova: "Bu dəfə
komediya olmayacaq” deyə, xüsusi vurğulayıb. Əməkdar incəsənət xadimi Mehriban
Ələkbərzadənin rejissorluğu ilə ərsəyə gələn bu iki hissəli pyesdə Üzeyir Hacıbəylinin
qardaşı Ceyhun Hacıbəylinin mühacir həyatından bəhs edilir, Fatma xanım isə burada nənə (ana) rolunu canlandırır.
Əsər Fransada - qürbət eldə həsrət dolu
yuxularla təskinlik tapan Ceyhun Hacıbəylidən bəhs etsə də, o ümumilikdə, vətənsiz
yaşayan bütün mühacirlərin ümumiləşdirilmiş obrazıdır.
Tamaşada rolları Xalq artisti Fatma Mahmudova ilə
yanaşı, Əməkdar artistlər Pərviz Məmmədrzayev, Şövü Hüseynov, Anton Ferştandt, aktyorlar
Elçin İmanov, Gülnarə Abdullayeva, Ülviyyə Əliyeva, Nicat Əli, Gülçöhrə
Abdullayeva, Nadir Xasıyev, Mehriban Zalıyeva, Firus Məmmədov və Şaban Cəfərov
ifa edirlər. Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin
Atayev, quruluşçu rəssamı Vüsal Rəhimov, quruluşçu baletmeysterləri Əməkdar
artist Zakir Ağayev və Yelena Ağayeva, xormeysteri Əməkdar artist Vaqif Məstanov,
dirijoru Səməd Süleymanov, rejissor assistenti Elməddin Dadaşovdur. Tamaşada
böyük Üzeyir Hacıbəyli, Soltan Hacıbəyov və Niyazinin musiqilərindən istifadə
olunacaq.
Qlobal.Az