SON XƏBƏR

Xaçmazda şagirdi döyməkdə ittiham olunan idarə müdiri istefa verdi

Noyabr 28
11:48 2023
"Bu gün vəzifəmdən ayrılıram, lakin bütün vücudumla sizlərlə birgə Elm və Təhsil Nazirliyinin təhsil siyasətini dəstəkləməkdə davam edəcəyəm".

Bunu "Report"un Şimal bürosuna açıqlamasında Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev deyib.
Onun sözlərinə görə, Azərbaycanda son onillikdə həyata keçirilən təhsil islahatlarının həyata keçirilməsi prosesində daim Elm və Təhsil Nazirliyinin və siz həmkarlarının dəstəyi üzərində olub:

"Bu illər ərzində daim nazirliyimizin prinsiplərinə uyğun addım atmışam. Bütün qazandığımız uğurlar və region təhsilində həyata keçirilmiş inkişaf yönümlü tədbirlər məhz sizlərin iradəsi və dəstəyi sayəsində mümkün olmuşdur. Bu uzun və şərəfli yolda məhz sizlərlə birgə addımlamışam və sizlərin ictimai rəyi mənə stimul verib. Bütün bunlara rəğmən mən bir fərd olaraq çox yorulmuşam və estafeti digərlərinə ötürməyin vaxtının çatdığını düşünürəm".

Qeyd edək ki, bir müddət əvvəl Xaçmaz şəhər 4 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Nizam Ramiz oğlu Mirzəyevin valideynləri övladlarının R.Hacıyev tərəfindən döyülməsi ilə bağlı Xaçmaz Rayon Polis Şöbəsinə (RPŞ) müraciət ediblər. Faktla bağlı araşdırma aparılır.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook