“Westgold“ kərə yağlarına mənşəyi bəlli olmayan qatqılar qatılır - ŞİKAYƏT
Mart 04
16:45
2019
İndiyədək Azərbaycanda ən keyfiyyətli yağlardan biri hesab olunan "Westgold" kərə yağlarına son 1 aydır mənşəyi bəlli olmayan qatqılar qatılır.
Bu barədə Demokrat.az-a vətəndaşlardan şikayətlər daxil olur.
Şikayətçilər qeyd edir ki, son vaxtlar "Westgold" kərə yağlarının tərkibinə əlavə qatqılar daxil edildiyi üçün bu yağdan pis qoxular əmələ gəlir.
"Bu yağdan istifadə edən zaman yağdan gələn pis qoxulardan mətbəxdə dayanmaq olmur. Xüsusilə də "Bravo" və "Bazarstore" marketlər şəbəkələrində satılan bu yağların hamısında tərkibi eyni cürdür. Hətta, "Bazarstore" şəbəkəsinin metronun "Qara Qarayev" stansiyası yaxınlığında yerləşən mağazasında satıcılara da bu barədə məlumatlar verilib. Market əməkdaşları isə yağlardan bu cür pis qoxu gəlməsinin səbəbini bilmədiklərini deyirlər".
Şikayətçilər deyir ki, istehlakçı hüquqlarını pozan bu bərbad vəziyyətin qarşısının alınması üçün müvafiq dövlət qurumlarına da müraciət olunub.
Qlobal.az