SON XƏBƏR

“Wall Street Journal”: Rusiyaya qarşı sanksiyaların müddəti uzadılacaq

Noyabr 19
18:22 2015
Rusiyaya qarşı sanksiyaların müddəti uzadılacaq.
 
APA-nın məlumatına görə, bu barədə "Wall Street Journal” qəzeti yazıb. Qəzetin yazdığına görə, Parisdə baş vermiş terror aktlarından sonra Rusiya ilə Qərb arasında qarşılıqlı əlaqələrin güclənməsinə baxmayaraq, Avropa liderləri 2016-cı ilin yanvarında Moskvaya qarşı sanksiyaların müddətinin uzadılacağını istisna etmirlər.
 
"Rusiya prezidenti V.Putinin mövqeyinin möhkəmlənməsi Ukrayna hökumətini narahat edib. Avropa İttifaqı buna biganə yanaşa bilməz. Hətta İŞİD-ə qarşı ümumi mübarizə iqtisadi sanksiyaların aradan qaldırılmasını mümkün etmir”, yazıda qeyd olunur.
 
Xatırladaq ki, 2014-cü ilin yayından Avropa İttifaqı Rusiya qarşı sektoral iqtisadi sanksiyalar tətbiq edib. İqtisadi sanksiyalar paketi əsasən bank sistemi, müdafiə sənayesi və energetika sahələrini əhatə edir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook