Vüsal Kərimov obyekt sahiblərindən aylıq yığır? - VİDEO
Sentyabr 30
10:14
2022
BNA əməlini necə əsaslandırır? Həqiqətənmi ürəyi istədiyi vaxt istədiyi yerə istədiyi nişanı yapışdıra bilər?..
Bakıda qarşısında "dayanma-durma qadağandır” nişanı qoyulan belə obyektlər kifayət qədərdir. Amma heç də hamısına qoyulmur. Məsələn, eyni yolda 3 restoran varsa, birinin qarşısında avtomobillərin dayanması qadağan edilir, ikisinin qarşısında isə sərbəstlik verilir. Nəticədə isə avtomobilini saxlamağa yer tapa bilməyən müştərilər qadağa işarəsi qoyulan obyetdən uzaq qaçırlar. Məsələn, bu ərazidə bir obyektin qarşısında qadağa nişanı olsa da, digərlərində heç bir nişan qoyulmayıb.
Bəs bu mənzərə Bakı Nəqliyyat Agentliyinin ikitirəli yanaşmasından, səlahiyyətlərindən istifadə edib qanunların ağzını öz istədiyi formada əyməsindən xəbər vermirmi?
BNA əməlini necə əsaslandırır? Həqiqətənmi ürəyi istədiyi vaxt istədiyi yerə istədiyi nişanı yapışdıra bilər?
Ekspert Elməddin Muradlı isə deyilənlərlə qətiyyən razılaşmır. Onun sözlərinə görə, bu nişanların qoyulmasının tamam başqa səbəbi var: "Bəzən bəzi obyektlərdən müraciətlər gəlir ki, Bakı Nəqliyyat Agentliyindən gəlib aylıq istəyirlər. Aylığı da verməyəndə gətirib dayanma və durma qadağandır nişanı quraşdırırlar. Soruşanda kimsən? Deyirlər ki, nəqliyyatdır. Hansı nəqliyyatdır? Bilmirsən, Bakı Nəqliyyat Agentliyidir, bilmirsən Nəqliyyat Nazirliyidir. Nəqliyyat Nazirliyi, ümumiyyətlə, Bakı şəhərinə baxmır. Qalır BNA. O da deyir ki, mənlik deyil. Əgər qadağa varsa, bu hamıya aid olmalıdır. Yoxsa obyektin qarşısında qadağa nişanı qoyulur, sonrakı yerlərdə yoxdur. Bunun səbəbləri araşdırılmalıdır, hərəkətin təşkili ilə bağlı oyuncaq davranışlar nümayiş etdirmək olmaz. İstər yol polisi tərəfindən, istərsə də BNA tərəfindən bu məsələlər təhlil olunub, araşdırılmalıdır”.
Elməddin Muradlı deyir ki, bu cür hallarla bağlı çoxsaylı şikayətlər var. Şikayətləri araşdırdıqda isə məlum olur ki, Bakı Nəqliyyat Agentliyi səlahiyyətlərindən süi-istifadə edir. Ekspert tövsiyə edir ki, Agentliyin bu cür davranışlarından əziyyət çəkən obyekt sahibləri vaxt itirmədən məhkəməyə müraciət etməlidirlər.
(apa tv)