SON XƏBƏR

Vüsal Aslanov 7 ay əvvəl təyin olunmuş rəisi işdən çıxardı

Oktyabr 17
14:06 2025
"Bakı Metropoliteni" QSC-nin Ətraf mühit, sağlamlıq və təhlükəsizlik departamentinin rəisi vəzifəsindən azad edilib. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, QSC-nin sədri Vüsal Aslanovun əmri ilə departamentin rəisi Aqil Allahverdiyev tutduğu vəzəfisindən azad olunub. 

Qeyd edək ki, Aqil Allahverdiyev bu ilin aprel ayında sözügedən vəzifəyə təyin edilmişdi. 

QSC-dən saytımıza bildirilib ki, Aqil Allahverdiyev karyera yüksəlişini fərqli istiqamətdə davam etdirmək istəyini bildirərək öz ərizəsi ilə işdən ayrılıb.

Xatıradaq ki, son aylar Vüsal Aslanov tərəfindən "Bakı Metropoliteni" QSC-yə təyin olunan xeyli sayda vəzifəli şəxs bir neçə ay qurumda çalışdıqdan sonra öz istəyi ilə vəzifələrindən azad olunublar. 

 Qlobal.az 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook