SON XƏBƏR

Vurğun Əyyub: “TQDK-nın addımı təhsilin acınacaqlı vəziyyətini pərdələmək üçündür”

Noyabr 25
15:25 2015
Hər bir ölkə təhsilin keyfiyyətinə xüsusi diqqət göstərməli olduğu halda, Azərbaycanda bu sahədə vəziyyət narahatlıq üçün getdikcə daha çox əsas yaradır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) demək olar ki, hər il keçid ballarını aşağı salır. Bu isə orta məktəblərdə təhsilinin səviyyəsinin əsas göstəricisi hesab edildiyindən hətta toplanan minimum balların da məhz repetiror əməyinin məhsulu olduğu aydındır.
 
Ölkədə bir neçə illərdir hökm sürən işsizlik və sosial problemlərin hər qapını döydüyü bir zamanda əlavə olaraq repetirora ödənməli olan vəsait onsuz da az olan ailə büdcəsinin qəniminə çevrilir. Nəticədə qəbul imtahanında 150 baldan müəyyən qədər çox toplayaraq müsabiqəyə buraxılan abituriyent diplom xatirinə də olsa tələbə adı uğrunda yarışır. 700 ballıq sistemdə repetitor hesabına 150 bal toplayan, 11 ilə orta məktəb proqramını minimum da olsa mənimsəyə bilməyən məzun 4 ildə bakalavr dərəcəsinə hansı səviyyəyə yiyələndiyi də tamam başqa mövzudur. Xüsusən də belə tələbələrin 4 il sonra müəllim kimi bu dəfə də Təhsil Nazirliyinin imtahanından keçərək müəllimlik fəaliyyətinə başlaması iki dövlət qurumu arasında olan qarşılıqlı etibarın və inamın da bariz nümunəsidir. Yaxud əlində bakalavr diplomu ilə yeni açılqacaq iş yerlərinin arzusu ilə yaşayan "ixtisaslı” kadrların iş prosesində özünü necə doğrultduğu da mübahisəli məsələdir. Bakalavr dərəcəsi almış, artıq ixtisaslı kadr hesab edilən gənclərin böyük əksəriyyəti işsiz qalır. Bu isə qəbul planının bazarın tələbatına uyğun hazırlanmaması problemini gündəmə gətirir. Nazirlər Kabinetinin hazırladığı qəbul planının bazarda tələb-təklif balansını qorumadığı əksər mütəxəssislər tərəfindən birmənalı olaraq qəbul edilir.
 
TQDK-nın sabiq sədri Vurğun Əyyub Cebhe.info-ya açıqlamasında bildirib ki, ümumiyyətlə 700 ballıq sistemdə 280 baldan aşağı nəticə göstərən abituriyentlərin müsabiqəyə buraxılması yanlış addımdır:
 
"280 baldan aşağı nəticə göstərmək o deməkdir ki, bu abituriyentin bilik səviyyəsi ənənəvi qiymətləndirmədə olan 3-dən belə aşağıdır. 280 baldan aşağı nəticə göstərən abituriyentləri müsabiqəyə buraxmaq və ya onları tələbə kimi universitetlərə qəbul etmək əslində təhsil mühitindəki ab-havanı korlamaq deməkdir. O cür tələbə adını qazanan abituriyentlərin daha sonra ali təhsil almaq imkanları xeyli aşağı olur və qrupdakı mühiti korlayır. Çünki müəllim ali məktəbdə mühazirə söyləyərkən onun söylədiklərini ümumiyyətlə həmin tələbə anlamır. Tələb olunan bilik səviyyəsi onda yoxdur. Balları aşağı salmaq isə, ortaya qoyulan mövcud planı doldurmağa hesablanmış bir addımdır. Bu, əslində orta məktəblərdə təhsilin keyfiyyətinin aşağı, vəziyyətinin acınacaqlı halda olduğunu pərdələmək üçündür. Bu da təhsilmizdə bir çox fəsadlara gətirib çıxarır”.
 
Təhsil Nazirliyinin Pedoqoji Universitete yüksək balla qəbul olan tələbələrə təqaüd vəd etməsinə münasibət bildirən Vurğun Əyyub bildirib ki, bu, çox müsbət addımdır: "Pedoqoji fakultələri seçən və yüksək bal toplayan abituriyentlərə Təhsil Nazirliyi tərəfindən təqadüdlərin verilməsini müsbət addım hesab edirəm. Bu, yüksək bal toplayan abituriyentlərin müəllim ixtisasına marağının artırılması məqsədi daşıyır. Bu cür tədbirlərin sayını hətta artırmaq da olar ki, təhsil sahəsinə gələn abituriyentlərin orta məktəbdən olan bilik səviyyələri yüksək olsun. Ümumiyyətlə, bəzi ölkələrdə müəyyən bir bal həddi müəyyənləşdiriblər ki, tətbiq olunan minimum bal həddini keçməyən abituriyentin müəllim ixtisasını seçməsinə qadağa qoyulsun. Bu o cür ölkələrdədir ki, müəllim maaşı yüksəkdir və nüfuzu da cəmiyyət içində çox üstündür. Bizim ökədə isə ən aşağı bal toplayanlar müəllimlik ixtisasını seçir, çünki müəllimin iqtisadi cəhətdən vəziyyəti çox pisdir, cəmiyyət içərisində elə bir nüfuzu yoxdur. Ona görə də bu ixtisası adətən aşağı bal toplayan abituriyentlər seçir. Hesab edirəm ki, bu, təhsilimizin bəlasıdır və bunun aradan qaldırılması üçün kompleks tədbirlər görülməlidir. Təhsil Nazirliyinin atdığı addım da bu mənada yüksək qiymətləndirilməlidir. Xəzər Unuversitetində 500 baldan yuxarı nəticə göstərən tələbələr var ki, müəllimlik ixtisasını seçiblər. Yüksək təqaüd alırlar və bu da gələcəkdə yüksək bal toplayan tələbələrin müəllimlik peşəsini seçməsinə stimul olur”. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook