SON XƏBƏR

Vüqar Əhmədov Qəbələdə vətəndaşları qəbul etdi

Yanvar 24
17:25 2025
Bu gün "Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Qəbələdə Şimal-Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) inzibati binasında Qəbələ və Oğuz rayonlarından olan vətəndaşlarla görüşüb.
 
Qlobal.az quruma istinadən xəbər verir ki, görüş zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb.

Həlli araşdırma tələb edən məsələlərlə əlaqədar yazılı müraciət qeydə alınaraq aidiyyəti şöbələrin icraatına göndərilib. Vətəndaş qəbulu başa çatdıqdan sonra V. Əhmədov Qəbələ rayonu Qəmərvan kəndində görülən işlərlə yerində tanış olub. Kənd sakinləri ilə görüş zamanı onların fikirləri dinlənilib.
 
"Azərişığ”ın həyata keçirdiyi yenidənqurma və maarifləndirmə tədbirləri kimi regionlarda vətəndaşlarla təşkil olunan görüşlər də abonentlərin dayanıqlı, fasiləsiz elektrik enerjisi ilə təmin olunmasına, həmçinin elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hədəflənib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook