Vuçiç özünə və ailəsinə qarşı sui-qəsd hazırlığı barədə məlumatı təsdiqləyib
Fevral 25
07:22
2026
Serbiya Prezidenti Aleksandr Vuçiç ailəsinə qarşı sui-qəsd hazırlamaqda şübhəli bilinən iki nəfərin həbsindən xəbərdar olduğunu bildirib.
"Report" xəbər verir ki, bu barədə "Politika" yazıb.
Nəşr yazıb ki, mövcud sübutlara əsasən, əvvəlcə onun oğluna, daha sonra isə özünə və xanımına hücum planlaşdırılıb.
Serbiya Daxili İşlər Nazirliyinin, Cinayət Polisi İdarəsinin, Cinayətkarlıqla Mübarizə Xidmətinin, Təhlükəsizlik və İnformasiya Agentliyinin (Serbiya xüsusi xidmət orqanı) əməkdaşları Serbiyanın Kralevo şəhər polisi ilə birgə fevralın 23-də xüsusi əməliyyat nəticəsində cinayət əməlinin hazırlanmasında iştirakı barədə məlumatlar əsasında həmin şəhərin iki sakinini saxlayıblar.



