Voronejin 3 rayonuna PUA-lar hücum etdi: Neftbaza hələ də yanır
Yanvar 16
11:30
2025
Rusiyanın Voronej vilayətinin Liski rayonundakı neft bazasında gecə boyu yanğını söndürməyə çalışıblar və səhər saatlarında alovla mübarizə hələ də davam edir. Yanğının əvvəlcə pilotsuz təyyarələrin hücumu nəticəsində başladığı bildirilib.
Qaynarinfo xəbər verir ki, bu barədə regionun qubernatoru Aleksandr Qusev məlumat yayıb.
Rusiyalı məmurun sözlərinə görə, ötən gecə Voronej vilayətinin üç rayonu "10-dan çox pilotsuz uçuş aparatı" ilə hədəfə alınıb və onların böyük hissəsi Liski rayonundakı neft bazasına yönəlib.
"Yanğının söndürülməsi ilkin mərhələdə obyektə təkrar hücum təhlükəsi səbəbindən çətinləşirdi. Hazırda bir neçə rezervuarda alovla gücləndirilmiş yanğınsöndürmə qrupları mübarizə aparır: onlarla texnika və iki yanğınsöndürən qatar ərazidə işləyir. İki qonşu bölgədən əlavə qüvvələr də göndərilib", - Qusev deyib.
Region rəhbəri vurğulayıb ki, xəsarət alan yoxdur və mülkiyyətə zərər dəyməyib.
Yanvarın 14-də Ukraynanın Təhlükəsizlik Xidməti və Müdafiə Qüvvələri Rusiyanın Saratov vilayətində "Enqels" aerodromundakı silah anbarlarını, Tula vilayətindəki Aleksin kimya kombinatını və Saratov Neftayırma Zavodunu vurub. Bununla yanaşı, Bryansk Kimya Zavoduna raketlərlə birbaşa zərbələr endirilib.
Qaynarinfo xəbər verir ki, bu barədə regionun qubernatoru Aleksandr Qusev məlumat yayıb.
Rusiyalı məmurun sözlərinə görə, ötən gecə Voronej vilayətinin üç rayonu "10-dan çox pilotsuz uçuş aparatı" ilə hədəfə alınıb və onların böyük hissəsi Liski rayonundakı neft bazasına yönəlib.
"Yanğının söndürülməsi ilkin mərhələdə obyektə təkrar hücum təhlükəsi səbəbindən çətinləşirdi. Hazırda bir neçə rezervuarda alovla gücləndirilmiş yanğınsöndürmə qrupları mübarizə aparır: onlarla texnika və iki yanğınsöndürən qatar ərazidə işləyir. İki qonşu bölgədən əlavə qüvvələr də göndərilib", - Qusev deyib.
Region rəhbəri vurğulayıb ki, xəsarət alan yoxdur və mülkiyyətə zərər dəyməyib.
Qeyd edək ki, yanvarın 15-də gecə Voronej vilayətindəki neft bazasına pilotsuz təyyarələrin hücumu barədə məlumat yayılıb.