SON XƏBƏR

Övladları xəstə olan şəhid bacısı kömək istəyir - VİDEO

Avqust 05
11:02 2020
Şəhid bacısı və şəhid qardaşının köməyə ehtiyacı var. Ailənin azyaşlı övladları əməliyyat olunmalıdır.

Musavat.com xəbər verir ki, 1984-cü il təvəllüdlü Rəmziyə Cəfərova 4 uşağı ilə çıxılmaz vəziyyətdədir. Onun həyat yoldaşı hərbçidir. 20 ilə yaxındır orduda xidmət edir.

Əslən Lənkərandan olan Rəmziyə Cəfərovanın qardaşı Natiq Tahirli 2016-cı ildə Aprel döyüşlərində şəhid olub.

Rəmziyə Cəfərovanın həyat yoldaşının qardaşı Əziz Hüseynov isə 1993-cü ildə Ağdamda şəhid olub.



Ailənin 4 uşağı var. Onlardan ikisi qız, iksi isə oğlandır. Günəşin 12, Filizin isə 11 yaşı var. Əkiz olan Həsən və Hüseyn isə 3 yaş 6 aylıqdır.

Filiz anadangəlmə xəstədir və mütəmadi olaraq müalicə almalıdır. Həsən və Hüseynin isə ürəyində qüsur var. Hər iki qardaş əməliyyat olunmalıdır.

Ailə başçısı yoldaşını və qızını əməliyyat etdirmək üçün bankdan kredit götürüb. Buna görə də əmək haqqının 500 manata yaxınını banka ödəyir.

Cəfərovlar ailəsinin digər problemi isə 2016-cı ildə ipoteka ilə aldıqları evdən çıxarılmalarıdır.

Ailə dəfələrlə aidiyyəti qurumlara müraciət edib. Amma hələ ki, dərdlərinə çarə olan yoxdur. Milli Məclisin sədr müavini, deputat Adil Əliyev ailəyə bir neçə dəfə maddi dəstək göstərib, uşaqların müalicəsinə kömək edib. Deputat tərəfindən yenə də bayram günlərində ailəyə ərzaq göndərilir.

Ailəyə dəstək olmaq istəyənlər bu nömrə ilə əlaqə saxlaya bilər: 0558426848

Dəstək üçün aşağıdakı kart hesabından da istifadə etmək mümkündür.
 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook