SON XƏBƏR

Virusu simptomsuz keçirənlər peyvənd oluna bilərmi? - Nazirlikdən açıqlama

İyun 12
14:08 2021
Koronanı simptomsuz keçirdiyi üçün test nəticəsi olmayan və adı sistemə düşməyən şəxslər də peyvənd oluna bilər.

Bunu ARB24-ün "Nə baş verir?” verilişinə açıqlamasında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov deyib. O bildirib ki, həmin şəxslərdə immunitet olsa belə, peyvənd vurulmasının əks təsiri yoxdur:

"Əgər heç vaxt test verməyiblərsə, sistemdə adları olmayıbsa və düşünürlərsə, korona keçiriblər o zaman istənilən vaxtı müraciət edib, vaksinasiya oluna bilərlər. Bunun əks göstərişləri yoxdur. Ölkədə 4 fərqli peyvənd var. Hansını istəsələr ondan istifadə edə bilər”. 
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook