“Vinçestr”li qəhrəmanın atası MTN-in həbsdə olan generalı ilə xalaoğlu imiş...
Fevral 08
14:44
2016
Ötən ilin dekabrın 21-də saat 23.00 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən "Zeytə” restoranında Məhərrəm Əliyevin "Vinçestr” markalı tüfəngdən atəş açaraq bir neçə şəxsə müxtəlif dərəcəli bədən xəsarəti yetirməsi xəbəri cəmiyyətdə və mediada ciddi rezonansa səbəb oldu.
Hadisədən dərhal sonra bəlli oldu ki, hadisəni töprədən Məhərrəm Əliyev Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi Fəxrəddin Əliyevin oğludur. F. Əliyev oğlunun törətdiyi əmələ görə hadisənin səhərisi günü tutduğu vəzifədən azad edildi. Xəsarət alanlarınsa Lökbatan qəsəbəsindəki "Zeytə” restoranında ad günü məclisində olduqları bildirildi.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 221.1 (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıldı. Həyata keçirilən tədbirlər nəticəsində hadisənin əsas iştirakçısı Məhərrəm Əliyev tutularaq istintaqa cəlb olundu, hadisənin digər iştirakçılarının da istintaqa cəlb edilməsi istiqamətində tədbirlər görüldü.
Moderator.az - a daxil olan məlumatda isə bildirilir ki, hadisənin əsas "qəhrəman"ı olan Məhərrəmin atası Fəxrədddin Əliyev əslən Bərdədəndir və hal - hazırda həbsdə olan MTN Antiterror Mərkəzinin sabiq rəisi, general Elçin Quliyevin xalası oğludur.
Göründüyü kimi hər daşın altından MTN - lə bu və ya digər şəkildə bağlılığı olan məmurların, onların ərköyün övladlarının cəmiyyəti şoka salan, prezident İlham Əliyevin də haqlı qəzbinə səbəb olan əməlləri çıxır.
Prezident az qala hər çıxışında vəzifəsindən asıəlı olmayaraq bütün məmurları xalqın xidmətçisi olmağa səsləyir və onları təvazökarlığı ilə başqalarına nümunə olmağa dəvət edir, amma biz tamam fərqli mənzərənin şahidi oluruq. Ehtimal etmək olar ki, bu hələ son deyil və qarşıdakı dönəmdə keçmiş MTN əməkdaşlarının adı keçən çoxsaylı xoşagəlməz olayların ifşa olunmasından xəbər tutacağıq...



