Vilnüsdə Azərbaycanla bağlı mədəniyyət axşamı
Aprel 14
15:00
2017
Litvadakı səfirliyimizin və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Litva Azərbaycanlı Gəncləri Təşkilatı (AYOL) tərəfindən səfirliyin ziyafət zalında mədəniyyət axşamı təşkil edilib.
Tədbirdə Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə litvalı qonaqları qarşıdan gələn Pasxa bayramı münasibətilə təbrik edərək ölkəmizdə mədəniyyət sahəsində görülən işlər barədə qısa məlumat verib. İki ölkə arasında bütün sahələrdə əlaqələrin inkişaf etdiyini qeyd edən səfir yaxın zamanlarda Azərbaycanın Qazax rayonu ilə Litvanın Trakay rayonu arasında əməkdaşlıq haqqında saziş imzalanmasının gözlənildiyini bildirib.
Litva Seymində Azərbaycan ilə parlamentlərarası əlaqələr üzrə qrupun sədri Valerius Simulik rəhbərlik etdiyi qrupun parlamentlərarası əlaqələrin inkişafında maraqlı olduğunu vurğulayıb.
Daha sonra Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanmış Azərbaycan haqqında tanıtım çarxı nümayiş olunub və ziyafət verilib.