Vilayəti regionda sülh və əmin-amanlığın bərqərar edilməsinə diqqət çəkib

Aprel 14
15:56
2023
Bu günlərdə Azərbaycan və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub. Tərəflər iki ölkə arasında müşahidə olunan gərginliyi müzakirə ediblər və onun aradan qaldırılması ilə bağlı fikir mübadiləsi aparıblar.
APA xəbər verir ki, bunun ardınca İranın Ali Rəhbəri Seyid Əli Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayətinin İRNA agentliyi tərəfindən "Mən də Azərbaycanlıyam" adlı məqaləsi dərc olunub.