Vilayət Quliyev vəfat edən qızından yazdı: “Axı nə üçün ona bu qədər sərbəstlik verdim?”
Sentyabr 14
11:24
2021
""Axı nə üçün ona bu qədər sərbəstlik verdim? Nə üçün insanları sevməyi təlqin etdim? Nədən yalnız özünü fikirləşən bir eqoist kimi böyütmədim? Bəlkə onda bu fəlakət də baş verməzdi...””.
Qaynarinfo xəbər verir ki, bunu Azərbaycanın Macarıstandakı sabiq səfiri Vilayət Quliyev bir neçə ay bundan əvvəl vəfat edən qızı Humay Quliyeva haqqında danışarkən deyib. Quliyev qeyd edilən düşüncələrin ona əzab verdiyini vurğulayıb.
"Hər bir halda Humayla qürur duyuram. Yaradana mənə belə bir övladın valideyni olmaq xoşbəxtliyini bəxş etdiyi üçün daim minnətdaram”, - deyə sabiq səfir əlavə edib.
Xatırladaq ki, Vilayət Quliyevin qızı Humay Quliyeva bu ilin mart ayının 14-də dünyasını dəyişib. Onun hansı səbəbdən vəfat etdiyi açıqlanmayıb.
H. Quliyeva Azərbaycanlı Tələbələrin Avropa Forumunun (FASE) aktiv iştirakçılarından biri olub. O, bir sıra nüfuzlu qurumlarda çalışıb. BP, Dünya Bankı, "Financial Times”, Azərbaycan Mərkəzi Bankı və Beynəlxalq Qızıl Xaç Komitəsi ilə əməkdaşlıq edib.