SON XƏBƏR

Vilayət Eyvazov rəis və müavinini işdən çıxardı

Aprel 24
11:23 2023
Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin rəisi Samir Qayıbov və müavini Ramil Rüstəmov vəzifələrindən azad olunublar.

Bakupost.az-ın məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrlə Samir Qayıbovun vəzifəsi Abşeron Polis Bölməsinin baş əməliyyat müvəkkili Rasim Salahova həvalə edilib.

Hazırda bölmədə yoxlamalar davam etdirilir.

Qeyd edək ki, Samir Qayıbov 2021-ci ilin sentyabrında Qobu Polis Bölməsinin rəisi təyin olunmuşdu.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook