SON XƏBƏR

Vilayət Eyvazov polkovnik-leytenantı işdən çıxardı

Avqust 31
10:41 2021
Azərbaycanda rəis müavini işdən azad olunub. 

Qlobal.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, Qazax Rayon Polis Şöbəsinin əməliyyat üzrə rəis müavini, polis polkovnik-leytenantı Tahir Orucov xidmətdə buraxdığı nöqsanlara görə, daxili işlər orqanları sıralarından xaric edilib.

Onun vəzifədən çıxarılmasına səbəb toylarda karantin rejimi qaydalarının pozulmasına göz yumması olduğu bildirilir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook