SON XƏBƏR

Vilayət Eyvazov deputatın rəis oğluna töhmət verdi

Mart 16
16:06 2021
Qaradağ rayon Polis İdarəsinin rəisi polkovnik İsfəndiyar Mehbalıyevə töhmət verilib.

Qlobal.az unikal.org-a istinadən xəbər verir ki, İ.Mehbalıyev işində nöqsanlara yol verib. Buna görə də Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə İ.Mehbalıyevə töhmət verilib.

Qeyd edək ki, İsfəndiyar Mehbalıyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyevin oğlu, Prezidentin sabiq ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun kürəkənidir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook