Viktor Orban Türk Dövlətləri Təşkilatının sammitində iştirak edəcək
Noyabr 09
13:02
2022
Macarıstanın Baş naziri Viktor Orban Türk Dövlətləri Təşkilatının noyabrın 10-11-də keçiriləcək sammitində iştirak etmək üçün Özbəkistanın Səmərqənd şəhərinə yollanacaq.
"Report” xəbər verir ki, bu barədə Özbəkistanın Milli İnformasiya Agentliyi məlumat yayıb.



