“Veysəloğlu” 2 milyonluq cərimə ilə bağlı açıqlama yaydı – “Bu, əsassız cərimədir”
Mart 21
04:54
2019
"Veysəloğlu” Şirkətlər Qrupu Vergilər Nazirliyi tərəfindən tətbiq edilən maliyyə sanksiyası ilə bağlı açıqlama yayıb.
Açıqlamada qeyd olunur ki, şirkətin bütün əməkdaşlarının əmək müqavilələri, şirkətlərə məxsus anbarlarda bütün məhsulların miqdarına, həmçinin aksiz nişanı ilə markalanması məcburi olan məhsulların və nəğd pul dövriyyəsinə aid bütün uçot sənədləri qaydasında olub: "Yoxlama zamanı vergi əməkdaşları tərəfindən yaranmış olan bütün sorğu və suallar zamanında cavablandırılaraq müvafiq sənədlər təqdim olunub.
Hətta yoxlama zamanı və yoxlamadan sonrakı dövrdə vergi əməkdaşları da bizim vergi uçotuna dair işlərimizin qanunvericiliyə uyğun yüksək səviyyədə təşkil olunması barəsində dəfələrlə müsbət fikirlər səsləndirib və yoxlama apardıqları digər şirkətlərə bizi yaxşı nümunə olaraq göstəriblər. Bunun əsas səbəbi isə nazirin 2018-ci ili şəffaflığa doğru keçid ili kimi elan etməsi çağırışına məsuliyyətlə yanaşaraq bu istiqamətdə ciddi işlər görməyimiz olub.
Lakin 2019-cu ilin əvvəlində şirkətimizə qeyd olunduğu kimi cərimə yazılıb. Şirkətimiz bu cəriməni əsassız sayaraq qəbul etməyib və məhz bu səbəbdən dərhal Vergilər Nazirliyinə şikayət məktubu ilə müraciət edib. Bu zaman qeyd olunan cərimənin əsassız olduğunu sübut edən bütün vergi uçot sənədlərini də aidiyyatı üzrə təqdim etmişik. Hazırda etirazımız Vergilər Nazirliyi tərəfindən araşdırılmaqdadır. Ümid edirik ki, yaxın günlərdə Vergilər Nazirliyi bizim haqlı olduğumuzu təsdiq edəcək və ədalətli qərar verəcək”.
Şirkətin açıqlamasında qeyd edilir ki, xəbərdə yer almış olan satışa gedən məhsulların vergidən yayınma halları ilə bağlı yazılanlar həqiqəti əks etdirmir: "Bu istiqamətdə aparılan yoxlamalar zamanı vergi rəsmilərinin tələb etdiyi bütün lazımi sənədlər tərəfimizdən təqdim edilib və satışa gedən məhsulların vergidən yayınma faktlarının aşkar edilmədiyi müəyyən olunub.
Bildirmək istəyirik ki, şirkətimiz müvafiq dövlət qurumları tərəfindən şəffaflığa doğru atılan bütün addımları alqışlayır və tam olaraq dəstəkləyir. Bu gün də şirkətlər qrupumuz bu istiqamətdə öz aktivliyini davam etdirməkdədir.
"Veysəloğlu” şirkəti uzun illəri əhatə edən fəaliyyəti dönəmində qanunvericiliyə müvafiq olaraq ölkəmizin vergi siyasətini hər zaman dəstəkləyib və bu siyasəti icra edən vergi orqanları ilə qanun çərçivəsində əməkdaşlıq edir”.
Qlobal.az
Qlobal.az xəbər verir ki, şirkətin yaydığı açıqlamaya görə, ötən ilin sonunda "Veysəloğlu” Şirkətlər Qrupuna daxil olan bütün şirkətlərdə aksiz nişanı ilə markalanması məcburi olan məhsulların, işçilərin əmək müqavilələrinin və nəğd pulun idarə edilməsinin yoxlanılması üzrə operativ vergi yoxlamaları həyata keçirilib: "Lakin, yoxlama aparılan istiqamətlər üzrə şirkətimizin fəaliyyətində kənarlaşmalar aşkar edilməyib”.