Vətənə tarixdən və dağlardan boylanan oğullar
Dekabr 31
11:38
2022
Lerik şəhidlərinin xatirəsinə
(Bir fəsil gecikmiş yazı)
Yayın isti, günəşin qızmar bir çağında maşın dolanbac yollarla irəlilədikcə dağların xəfif mehi yavaş-yavaş adamı üşütməyə başlayırdı. Yuxarda səngər kimi düzülmüş dağların zirvəsi isə az qala üfüqlə birləşir, bu da insanın ruhani aləminə təhükəsizik və özgüvən gətirirdi…
Soyuq bulaqlar, kəkliklərin qayalardan perikməsi isə şairanə duğuları oyadır və öz-özümə pıçıldayırdım:
Arxamı dağlara söykəmişəm ki,
Təkləyə bilməsin adamlar məni...
Tarixə qısa nəzər...
Heydər baba, dünya yalan dünyadı,
Süleymandan, Nuhdan qalan dünyadı...
Bura ölkənin ucqarlarında yerləşən Xəlifəküçə kəndidir. Əzəmətli Talış dağlarının qoyununda yerləşən və Lerikin "Seyidlər ocağı" kimi tanınan Xəlifəküçə kəndi - həmkarımız Vidadi Məmmədovun baba yurdu...
Rəsmi məlumatlarda Xəlifəküçə kəndinin tarixi çox da uzaq olmayan keçmişə söykənir. Guya yaşayış məntəqəsi XIX əsrin əvvəllərində Lerikdən köçüb gəlmiş ailələr tərəfindən salınıb. Amma əksər tarixçilər bu ehtimalı qəbul etmirlər...
Oykonimə gəlincə, "xəlifə" (xəlifəli etnoniminin qısaldılmış forması) və talış dilindəki "kujə” – "küçə” (məhəllə) sözlərindən düzəlib, "xəlifəli məhəlləsi, xəlifəli küçəsi" deməkdir.
Amma bu kəndin tarixi daha əvvələ, orta əsrlərə, hətta İslama qədər gedib çıxır. Bura həm orta, həm də 18, 19 əsrlərin və hətta 20-ci əsrin əvvəllərindəki savaşların səngəri kimi xatırlanır.
Kəndin bir tərəfində isə "Osnağə kujə" - "dəmirçilər küçəsi" də Xəlifəküçə kəndin tarixinin daha əvvəllərə gedib çıxdığına işarədir.
Ehtimal olunur ki, bu kəndin adı kökəncə ərəb olan Xəlifə Zəkəriyyənin adı ilə bağlıdır.
Xəlifə Zəkəriyyənin qəbri isə Xəlifəküçə ilə Cəngəmiran kəndi arasında "Tıbə həmo" - "hamar türbə" adlı yerdədir. Əslində, bura da elə qədim Xəlifəküçə məzarlığı sayılır.
Yoldaşlarımdan biri tarixçi Nəriman Ağazadə, biri isə əmioğlu İmrandır. İmran ixtisasca aviasiya mühəndisi olsa da, tarixi çox dərindən mütaliə edib. Ona görə də söhbətimiz maraqlı alınır, yəni kimsə müzakirəmizə yad deyil...
Nəriman deyir ki, kəndin adını araşdırıb və tarix ilə bağlı tədiqiqatı var.
Onun fikrincə, Cəngəmiran (talışca: cangə miyon) - "cəng meydanı", "döyüş meydanı" deməkdir. Burada xilafət ordusunun Babəkin döyüşçüləri ilə qarşılaşdığı və qanlı döyüşlərin getdiyi yerlərdən biridir.
Blaband (bəzi qədim mənbələrdə Bilalabad) kənd inzibati ərazi dairəsi tərkibindəki Xəlifəküçə o qədər də böyük kənd deyil, yəni kəndin tarixi ərazisindən və əhalisindən daha böyük və qədimdir…
Yeri gəlmişkən, 20-ci əsrin əvvəllərində bolşevik istilasına qarşı çıxan, Lənkəran üsyanın əsas öndə gedənlərindən biri olan lüləkəranlı Qaçaq Şahverənin də Xəlifəküçə ilə bağlılığı olub. Onun qəhrəmanlıqları, sonradan isə ailəsinin başına gətirilən müsibətlər də bu kənddə dillər əzbəridir...
***
"Biz də vallah, unutmarıq sizləri..."
Maşın döngədə sıra ilə keşik çəkən əsgərlərin - abidənin yanında dayanır. Abidənin qarşısında göz yaşı kimi dumduru bulaq axır. Bu bulağı da abidəni inşa edən Aslan çəkdirib.
Yaxınlaşıb əl-üzümüzü yuyur, sudan içib kompleksə giririk: "Lerik şəhidləri” Memorial Abidəsinə...
Hiss olunur ki, şəhərin boz-bulanıq havasından dağ havasına pənah gətirmiş ciyərlərimiz də genişlənir, təmiz havanı acgözlüklə udur.
Artıq qulaq tutulmaları, ürək döyüntüləri də hiss olunur. Amma hələ qarşıda Zuvand mahalına gedəcək və yüksəkliyə qalxacaq yol var: uzun, amma incə yox, mürəkkəb yol...
Bu dərvişanə yolçuluqda isə Büzeyir mağarasına ruhani varış, "Dağlar qapısı"dan - "Nillə bərə"dən Zuvanda keçid görünür...
Dağların o üzündə isə Nəmin, Ərdəbil və Cənubi Azərbaycan var. Ona görə də yol boyu sankı Şəhriyar da pıçıltı ilə bizi təqib edir:
Heydərbaba, igid əmək itirməz,
Ömür keçər, əfsus bərə bitirməz,
Namərd olan ömrü başa yetirməz,
Biz də vallah, unutmarıq sizləri,
Görəmməsək, halal edin bizləri...
***
Diri adamların daş abidəsi...
"Lerik şəhidləri” Memorial Abidəsi... Bu abidə xeyriyyəçi, həmyerlimiz, ehtiyatda olan polkovnik Aslan Hüseynovun təşəbbüsü və təşkilatçılığı ilə inşa edilib.
İkinci Qarabağ müharibəsinin canlı - diri əfsanələridir burada ruhları uyuyanlar. Azərbaycan tarixinin II Qarabağ müharibəsi səhifəsinə adını yazmış 47 lerikli gəncin - şəhidin mərmər lövhəsi vurulub burada...
Uzaqdan Zabili, onun məsum və nurlu çöhrəsini görürəm. O da buradadır: şagirdim Azadlı Zabil...
Birdən xatirələr məni 11 il əvvələ qaytarır: Orta məktəb... Sinif otağı... Şagirdlərim... Parta arxasında əyləşən balaca, məsum və bir qədər də ərköyün Zabil...
Bir anlıq kədərimi boğmağa çalışır və üzümü uzaqda dayanan dağlara tərəf çevirirəm.
Bura Lerikin ən sakit bir yeri, həm də şəhid ailələrinin övladlarına verilən qiymətdən, onların xatirəsinin əbədiləşdirilməsindən təskinlik və rahatlıq tapdığı bir məkandır: Seyidlər ocağının müqəddəsliyi şəhidlərin aililiyi ilə vəhdətdədir burada...
Kompleksdə şəkil çəkdirib elə Aslanın maşını ilə - Zuvanda tərəf yol alırıq...
Qarşıda isə dağlar qoynunda yerləşən Pirəsora kəndindən keçmişə, Kələxan, Kəlvəzdəki sərhəd dirəklərindən Savalana, Nəminə və tarixə boylanmaq var...
Heydərbaba, alçaqların köşk olsun,
Bizdən sora qalanlara eşq olsun...
Şəmşad Ağa
Lerik-Bakı-Lerik

Qarşıdakı döngədə isə uzaqdan sırayla düzülmüş hərbi geyimli mərmər abidələr görünür. Sanki onlar hansısa hərbi komandaya müntəzir qalıb və ya bu kəndin əbədi keçikçisinə çevriliblər…
Tarixə qısa nəzər...
Heydər baba, dünya yalan dünyadı,
Süleymandan, Nuhdan qalan dünyadı...
(Şəhriyar)
Bura ölkənin ucqarlarında yerləşən Xəlifəküçə kəndidir. Əzəmətli Talış dağlarının qoyununda yerləşən və Lerikin "Seyidlər ocağı" kimi tanınan Xəlifəküçə kəndi - həmkarımız Vidadi Məmmədovun baba yurdu...
Rəsmi məlumatlarda Xəlifəküçə kəndinin tarixi çox da uzaq olmayan keçmişə söykənir. Guya yaşayış məntəqəsi XIX əsrin əvvəllərində Lerikdən köçüb gəlmiş ailələr tərəfindən salınıb. Amma əksər tarixçilər bu ehtimalı qəbul etmirlər...
Oykonimə gəlincə, "xəlifə" (xəlifəli etnoniminin qısaldılmış forması) və talış dilindəki "kujə” – "küçə” (məhəllə) sözlərindən düzəlib, "xəlifəli məhəlləsi, xəlifəli küçəsi" deməkdir.
Amma bu kəndin tarixi daha əvvələ, orta əsrlərə, hətta İslama qədər gedib çıxır. Bura həm orta, həm də 18, 19 əsrlərin və hətta 20-ci əsrin əvvəllərindəki savaşların səngəri kimi xatırlanır.
Kəndin bir tərəfində isə "Osnağə kujə" - "dəmirçilər küçəsi" də Xəlifəküçə kəndin tarixinin daha əvvəllərə gedib çıxdığına işarədir.
Ehtimal olunur ki, bu kəndin adı kökəncə ərəb olan Xəlifə Zəkəriyyənin adı ilə bağlıdır.
Xəlifə Zəkəriyyənin qəbri isə Xəlifəküçə ilə Cəngəmiran kəndi arasında "Tıbə həmo" - "hamar türbə" adlı yerdədir. Əslində, bura da elə qədim Xəlifəküçə məzarlığı sayılır.
Yoldaşlarımdan biri tarixçi Nəriman Ağazadə, biri isə əmioğlu İmrandır. İmran ixtisasca aviasiya mühəndisi olsa da, tarixi çox dərindən mütaliə edib. Ona görə də söhbətimiz maraqlı alınır, yəni kimsə müzakirəmizə yad deyil...
Nəriman deyir ki, kəndin adını araşdırıb və tarix ilə bağlı tədiqiqatı var.
Onun fikrincə, Cəngəmiran (talışca: cangə miyon) - "cəng meydanı", "döyüş meydanı" deməkdir. Burada xilafət ordusunun Babəkin döyüşçüləri ilə qarşılaşdığı və qanlı döyüşlərin getdiyi yerlərdən biridir.
Blaband (bəzi qədim mənbələrdə Bilalabad) kənd inzibati ərazi dairəsi tərkibindəki Xəlifəküçə o qədər də böyük kənd deyil, yəni kəndin tarixi ərazisindən və əhalisindən daha böyük və qədimdir…
Yeri gəlmişkən, 20-ci əsrin əvvəllərində bolşevik istilasına qarşı çıxan, Lənkəran üsyanın əsas öndə gedənlərindən biri olan lüləkəranlı Qaçaq Şahverənin də Xəlifəküçə ilə bağlılığı olub. Onun qəhrəmanlıqları, sonradan isə ailəsinin başına gətirilən müsibətlər də bu kənddə dillər əzbəridir...
***
"Biz də vallah, unutmarıq sizləri..."
Maşın döngədə sıra ilə keşik çəkən əsgərlərin - abidənin yanında dayanır. Abidənin qarşısında göz yaşı kimi dumduru bulaq axır. Bu bulağı da abidəni inşa edən Aslan çəkdirib.
Yaxınlaşıb əl-üzümüzü yuyur, sudan içib kompleksə giririk: "Lerik şəhidləri” Memorial Abidəsinə...
Burada qəribə bir hava var, dediyim kimi, saflıq, təmizlik, özgüvən və nəfslə vicdan arasında hesabat...
Hiss olunur ki, şəhərin boz-bulanıq havasından dağ havasına pənah gətirmiş ciyərlərimiz də genişlənir, təmiz havanı acgözlüklə udur.
Artıq qulaq tutulmaları, ürək döyüntüləri də hiss olunur. Amma hələ qarşıda Zuvand mahalına gedəcək və yüksəkliyə qalxacaq yol var: uzun, amma incə yox, mürəkkəb yol...
Bu dərvişanə yolçuluqda isə Büzeyir mağarasına ruhani varış, "Dağlar qapısı"dan - "Nillə bərə"dən Zuvanda keçid görünür...
Dağların o üzündə isə Nəmin, Ərdəbil və Cənubi Azərbaycan var. Ona görə də yol boyu sankı Şəhriyar da pıçıltı ilə bizi təqib edir:
Heydərbaba, igid əmək itirməz,
Ömür keçər, əfsus bərə bitirməz,
Namərd olan ömrü başa yetirməz,
Biz də vallah, unutmarıq sizləri,
Görəmməsək, halal edin bizləri...
***
Diri adamların daş abidəsi...
"Lerik şəhidləri” Memorial Abidəsi... Bu abidə xeyriyyəçi, həmyerlimiz, ehtiyatda olan polkovnik Aslan Hüseynovun təşəbbüsü və təşkilatçılığı ilə inşa edilib.
Elə abidənin önündə də bizi Aslan Hüseynov qarşılayır və kompleks barədə məlumat verir, tanıdığı əsgərlərin, zabitlərin döyüş yolundan danışır, müharibənin dəhşətli günlərində cəbhə xəttinə necə getdiyini təsvir edir, şəhid bacısı oğlu Cəlil Cavadovun döyüş yolundan söhbət açır və tez-tez kövrəlir...
İkinci Qarabağ müharibəsinin canlı - diri əfsanələridir burada ruhları uyuyanlar. Azərbaycan tarixinin II Qarabağ müharibəsi səhifəsinə adını yazmış 47 lerikli gəncin - şəhidin mərmər lövhəsi vurulub burada...
Vətən müharibəsi Qəhrəmanı mayor Amid Heydərov, kapitan Cəlil Cavadov, Altay və Elgün Mövlanov qardaşları - mərmər lövhələrdə yanyana düzülüb sanki gedib-gələnləri seyr edirlər.
Uzaqdan Zabili, onun məsum və nurlu çöhrəsini görürəm. O da buradadır: şagirdim Azadlı Zabil...
Birdən xatirələr məni 11 il əvvələ qaytarır: Orta məktəb... Sinif otağı... Şagirdlərim... Parta arxasında əyləşən balaca, məsum və bir qədər də ərköyün Zabil...
Bir anlıq kədərimi boğmağa çalışır və üzümü uzaqda dayanan dağlara tərəf çevirirəm.
Bura Lerikin ən sakit bir yeri, həm də şəhid ailələrinin övladlarına verilən qiymətdən, onların xatirəsinin əbədiləşdirilməsindən təskinlik və rahatlıq tapdığı bir məkandır: Seyidlər ocağının müqəddəsliyi şəhidlərin aililiyi ilə vəhdətdədir burada...
Kompleksdə şəkil çəkdirib elə Aslanın maşını ilə - Zuvanda tərəf yol alırıq...
Qarşıda isə dağlar qoynunda yerləşən Pirəsora kəndindən keçmişə, Kələxan, Kəlvəzdəki sərhəd dirəklərindən Savalana, Nəminə və tarixə boylanmaq var...
Heydərbaba, alçaqların köşk olsun,
Bizdən sora qalanlara eşq olsun...
Şəmşad Ağa
Lerik-Bakı-Lerik
18.08.2022
Mənbə: Arqument.az
Qlobal.az