SON XƏBƏR

Vətəndaşlar prokurorluğa mobil qaydada müraciət edə biləcəklər

Fevral 11
11:13 2021
"Yeni yaradılan mobil tətbiqetmə vasitəsilə vətəndaşlar prokurorluğa müraciət edə bilərlər".

"Report" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Kriminalistika və informasiya idarəsinin rəisi Murad Dadaşov məlumat verib.

O qeyd edib ki, məqsəd COVID-19 virusunun yayılmasının qarşısının alınması üçün təmasın azaldılmasıdır.

Bildirib ki, həmçinin tətbiq vasitəsilə vətəndaşlar etdikləri müraciətlərin araşdırılması barədə onlayn qaydada məlumat ala biləcəklər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook