SON XƏBƏR

"Vətəndaşlar banklardan aşağı faizlə kredit götürə bilmir" - Siyavuş Novruzov

Noyabr 15
11:39 2023
Vətəndaşlar banklardan aşağı faizlə kredit götürə bilmir.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsində parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, Azərbaycan müstəqilliyini əldə edəndən sonra 300 özəl bank var idi: "Tədricən bank sistemi təkmilləşdi, bir sıra banklar sıradan çıxdı, bəzi banklar düzgün işləmədiyinə görə ləğv olundu. Bu gün 40-a yaxın bank ölkəmizdə fəaliyyət göstərir. Amma bankların çox olması rəqabət yarada bilər. Bu gün vətəndaşlarımızın orta və kiçik sahibkarlıqla məşğul olmaq üçün ala biləcəyi kreditlərin faizləri yuxarıdır, 14 %-dən başlayır. Bu gün vətəndaşın bu krediti götürüb qaytarması çətin olur. Vətəndaş külli miqdarda vəsait ümumiyyətlə götürə bilmir. Birinci məsələ bank faizlərinin aşağı salınması olmalıdır. Kənd təsərrüfatı sahəsinə 3-7 %-lə kreditlər verilir. Digər vətəndaşlar üçün də bu faizlər əlçatan olmalıdır. Bu olsa, kiçik biznes və orta sahibkarlıq inkişaf edər. İkincisi, bankların xarici banklarla əməkdaşlığı məsələsi var. Bizdə bu, 0 səviyyəsindədir. Keçmişdə Almaniya və digər başqa banklardan vəsaitlər alınırdı ki, vətəndaşa verilsin. Bu zaman vətəndaşa aşağı faizlə kreditlər verilə bilirdi, banklar da qazanırdı. İndi bu sıradan çıxıb. Hesab edirəm ki, bank sistemi ölkənin qan-damar sistemidir”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook