Vətəndaş evinə pəncərədən girirmiş? - Rəsmi açıqlama

Aprel 01
15:43
2025
Bakının Nəsimi rayonu, Həzi Aslanov küçəsi 55 ünvanında yaşayan sakinin evinin blokuna əsas giriş qapısının bağlanması ilə bağlı xəbərlər yayılıb. İddialarda vətəndaşın öz mənzilinə pəncərədən daxil olduğu bildirilib.
Məsələ ilə bağlı Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindən "Qafqazinfo”ya verilən məlumata görə, yayılan məlumatlar əsassızdır.
Qeyri-qanuni olaraq binanın konstruksiyasına müdaxilə faktlarının qarşısı dəfələrlə qurumun nümayəndələri tərəfindən alınıb. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib”, - məlumatda qeyd olunub.
Qlobal.az
