Vətəndaş dövlət qurumunun qarşısında özünü yandırmağa cəhd edib
Oktyabr 12
13:23
2021
Ağcabədi rayon sakini intihara cəhd edib.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, oktyabrın 11-də saat 13 radələrində Bərdə şəhərindəki Tibbi Sosial və Ekspert Komissiyasının inzibati binasının qarşısında Ağcabədi rayon sakini S.Cəfərov özünə məxsus motosikleti yandırıb, özünü də yandırmağa cəhd göstərib.



