Vətən müharibəsində şəhid olan daha bir hərbçinin nəşi tapılıb
May 31
14:07
2021
Vətən müharibəsində itkin düşmüş daha bir hərbçinin şəhid olduğu məlum olub.
"Report"un Muğan bürosunun məlumatına görə, Neftçala rayonundan olan əsgər İmanov Məmmədağa İqab oğlunun nəşi tapılıb.
Onun sabah Neftçala şəhər qəbiristanlığında dəfn olunacağı gözlənilir.



