SON XƏBƏR

Vətən müharibəsi qazisi intihar etdi

May 23
15:14 2022
Biləsuvar rayonunda intihar hadisəsi baş verib.

Qlobal.az-ın "Kriminalqafqaz”a istinadən məlumatına görə, hadisə məcburi köçkünlərin Biləsuvar rayonu ərazisində yerləşən 1 saylı Qəsəbəsində qeydə alınıb. Belə ki, Cəbrayıl rayonu Sarıcalar kənd sakini, 1995-ci il təvəllüdlü Əlisahib Məmmədov özünü yaşadığı evin həyətində asaraq intihar edib.

Qeyd edək ki, o, Vətən Müharibəsi qazisi və ailəli olub.

Faktla bağlı araşdırma aparılır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook