SON XƏBƏR

Vətən müharibəsi iştirakçısı, jurnalist Nahid Salayev “Vətən Müharibəsi İştirakçılarının Hüquqlarının Müdafiəsi” İctimai Birliyi yaratdı

İyul 08
01:46 2021
44 günlük Vətən müharibəsi Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazıldı. Eyni zamanda, dünya hərb tarixində də tətbiq olunmuş yeniliklər, Vətən övladlarının rəşadətləri ilə öz müzəffər salnaməsini yazmış oldu.

Bütün Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında birləşərək vahid qüvvə kimi mənfur erməni işğalçılarını əzəli və əbədi torpaqlarından qovdu. Müharibədə iştirak edən on minlərlə Azərbaycan övladı qəhrəmanlıq salnamələri yaratdı. 44 günluk müharibədən sonra səfərbər olunmuş və ordu sıralarında xidmət keçən Vətən övladları cəmiyyətimizdə layiq olduqları yeri tutmağa çalışır. Vətən uğrunda canından keçən minlərlə Azərbaycan qəhrəmanı daim qəlblərdə yaşayacaq. 

Vətən müharibəsi iştirakçılarının keçirilən toplantısında postmüharibə dövründə Azərbaycan Respublikasında müharibə veteranlarına diqqət,iştirakçıların qarşılaşdığı problemlər, üzləşdikləri çətinliklər barədə fikir mübadiləsi aparılıb. Toplantıda Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların əziz xatirəsi 1 dəqiqəlik sükütla yad edilib. Vətən müharibəsi iştirakçılarından Salayev Nahid Mirsamid oğlu, Quliyev Elburus Kərəm oğlu və digərləri çıxış edərək müharibə iştirakçılarının üzləşdiyi problem və çətinlikləri qeyd ediblər. Postmüharibə dövründə Zəfər savaşının iştirakçılarının problemlərinin ictimailəşdirilməsi, çətinliklə üzləşənlərə hüquqi və mənəvi dəstəyin göstərilməsi, dövlət strukturları ilə Vətən müharibəsi iştirakçıları arasında körpü funksiyasını yerinə yetirmək məqsədilə "Vətən Müharibəsi İştirakçılarının Hüquqlarının Müdafiəsi İctimai Birliyi"nin təsis olunması təklifi səsə qoylaraq yekdilliklə qəbul olunub. Eyni zamanda, ictimai birliyin sədri Salayev Nahid Mirsamid oğlu, idarə heyətinin üzvləri Quliyev Elburus Kərəm oğlu, Əhmədov Elçin Əhməd oğlu, Mirzəyev Şəhriyar Yusif oğlu, Həsənov Vasif Aslan oğlu, Hüseynov Cavid Akif oğlu və Nəsirov Taleh Ağabala oğlunun namizədlikləri toplantı iştirakçıları tərəfindən səsverməyə qoyularaq yekdilliklə qəbul olunub. Yekunda toplantı iştirakçıları tərəfindən yekun bəyanat qəbul olunub.
 
bakıxeber.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook