Vətən müharibəsi iştirakçılarına psixoloji dəstək xidmətlərinin göstərilməsi layihəsinə start verilib
Avqust 02
13:49
2023
Vətən müharibəsi iştirakçılarına psixoloji dəstək xidmətlərinin göstərilməsi layihəsinə start verilib.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qalib layihələrindən biri olan bu layihə ""Sosial və Psixoloji Tədqiqatlar” Mərkəzi” İctimai Birliyi tərəfindən həyata keçirilir. Layihə çərçivəsində Ağdam rayonunun müxtəlif kənd və qəsəbələrində yaşayan 44 günlük vətən müharibəsinin iştirakçılarının psixoloji vəziyyətlərinin dəstəklənməsi məqsədi ilə psixoloq və psixiatrların iştirakı ilə görüşlərin keçirilməsi planlaşdırılıb.