SON XƏBƏR

Vergidən yayınan şirkət prezidenti İnterpol xətti ilə axtarışa verilib

Fevral 22
14:31 2016
Azərbaycanda vergidən yayınan daha bir nəfər beynəlxalq axtarışa verilib.
 
APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.
 
Məlumatda qeyd olunur ki, 1977-ci il təvəllüdlü Adil Ələsgərov külli miqdarda vergidən yayınmaqda təqsirləndirilir. A. Ələsgərov Azərbaycanı tərk etdiyi üçün barəsində dövlətlərarası axtarış elan edilib və saxlanılması üçün İnterpola müraciət olunub. APA-nın əldə etdiyi məlumata görə, A.Ələsgərov Azərbaycanda fəaliyyət göstərən "ADF” şirkətinin prezidentidir. Adı çəkilən şirkət ölkəyə avtomobil ehtiyat hissələri gətirirmiş.
 
Qlobal.az
 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook