SON XƏBƏR

Vergi borcu olanlar ölkədən buraxılmayaq

Mart 17
19:48 2016
Prezident İlham Əliyev "Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb. Lent.az xəbər verir ki, ölkə başçısı "İcra haqqında” Qanunda edilmiş dəyişikliyin tətbiqi ilə əlaqədar əsasnamədə aşağıdakı dəyişikliyi edib:
 
"Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”nin 8.6.1.6-cı yarımbəndinə "məhkəmə qərarı” sözlərindən sonra ", əmri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktı” sözləri əlavə edilsin.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook