SON XƏBƏR

Venesuela Amerika təyyarəsini vurdu

İyul 09
12:09 2020
Venesuela hərbi qüvvələri narkotik daşınması üçün istifadə olunan və ölkənin hava məkanına qanunsuz daxil olan Amerika təyyarəsini vurub. 

Qaynarinfo xəbər verir ki, bu barədə Tvitterdə Venesuela Silahlı Qüvvələrinin Strateji Əməliyyat Komandanlığı məlumat yayıb.

Venesuela hərbçilərinin yayımladığı şəkillərdə vurulan təyyarənin yan nömrəsi görünür - N339AV. Flightradar xidmətinin verdiyi məlumata görə, bu, iyulun 7-də Meksikada - Tolukadan Meksika Yukatan yarımadasının şərq sahilində yerləşən Kosumel adasına uçuş həyata keçirmiş özəl Hawker 800 təyyarəsidir. 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook