SON XƏBƏR

Venesiya Komissiyası: Azərbaycanla Konstitusiyaya dəyişikliklər layihəsi ilə bağlı işləməyə hazırıq

Avqust 25
10:36 2016
Venesiya Komissiyası sentyabrın 26-da keçiriləcək referendumun predmeti olan Konstitusiyaya dəyişikliklər layihəsinə rəy üçün müraciət üzərində işləməyə hazırdır.
 
Bu barədə APA-ya açıqlamasındaAvropa Şurası Venesiya Komissiyasının xarici əlaqələr üzrə sözçüsü Tatyana Mışelova bildirib.
 
T. Mışelova qeyd edib ki, son illər Azərbaycanla Venesiya Komissiyasıarasında çox məhdud əməkdaşlıq nəzərə çarpır: "Bu günə kimi də biz nə Azərbaycan rəsmilərindən, nə də Avropa Şurasının və digər beynəlxalq təşkilatların müvafiq orqanlarından Konstitusiyaya dəyişikliklər layihəsinə rəy verilməsi ilə bağlı sorğu almışıq”.  
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook