SON XƏBƏR

Vəkilə qarşı rüşvət ittihamı - BƏRAƏT HÖKMÜ ÜÇÜN 20 MİN ALIB?

Avqust 25
10:00 2023
Vəkillər Kollegiyasının üzvü Cavid Əliyev məhkəmədə vətəndaşa bəraət hökmünün çıxarılması üçün 20 min manat rüşvət almaqda ittiham olunur.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə Aytən Mahmudova bildirib.

Məlumata görə, işlə bağlı Nəsimi rayon məhkəməsinin hakimi Solmaz Mustafayeva Aytən Mahmudovaya bəraət versə də Bakı Apellyasiya Məhkəməsinin hakimi Habil Məmmədov bəraət hökmünü ləğv edib.

Aytən Mahmudova isə öz növbəsində vəkil Cavid Əliyevdən ona verdiyi 20 min manatı tələb edib.

Aytən Mahmudova vəkilə pulu qaytarması üçün ona Watsapp üzərindən mesajları yazıb.

Məsələ ilə bağlı Gununsesi.info-nun əməkdaşı vəkil Cavid Əliyevlə əlaqə saxlayıb.

Cavid Əliyev "Yalan deyir, böhtan atır” deyərək, telefonun dəstəyini asıb.

Mahmudovanın sosial şəbəkələrdə yaydığı mesajları təqdim edirik:
 

 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook