SON XƏBƏR

Vəkil Zabil Qəhrəmanov saxlanıldı

Oktyabr 24
14:10 2025
Gəncədə tanınmış vəkil saxlanılıb.

APA-nın yerli bürosunun məlumatına görə, tanınmış vəkil Zabil Qəhrəmanovun ötən gün saxlanıldığı bildirilir.

Məlumata görə, Z.Qəhrəmanov Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Vəkilin hansı səbəbdən saxlanılması məlum deyil.

Qeyd edək ki, bir qədər əvvəl Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarına əsasən Zabil Qəhrəmanovun vəkiliyinin 6 ay müddətinə dayandırılması barədə qərar qəbul olunub.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook