SON XƏBƏR

Vəkil Adəm Məmmədovdan nazirə şikayət edildi - 10 min dollar alıb...

Sentyabr 25
18:41 2024
Socar-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun gəlini, Caspian Azərbaycan Gözəli müsabiqəsinin qalibi Fidan Abbasova daxili işlər naziri Vilayət Eyvazovun Yevlaxda vətəndaşlarla görüşü zamanı qəbulunda olub.

Bu barədə F.Abbasova Criminal.az-a bildirib ki, nazirə vəkil Adəm Məmmədovdan şikayət edib:

 "Cənab nazirə Adəm Məmmədovun mənə qarşı etdiyi qanunazidd hərəkətlər barədə məlumat verdim. Bildirdim ki, Adəm Məmmədov məndən 10000 dollar alıb, sonra isə qarşı tərəfin, yəni keçmiş qaynatamın xeyrinə məni uduzdurub. Şikayətimlə bağlı bütün sənəd və detalları təqdim etdim. Cənab nazir şikayətimi dinlədi, lazımi tədbir görüləcəyini bildirdi”.



Xatırladaq ki, F.Abbasova M.İsmayılovun oğlu ilə ailəli olub. Evlilikdən bir övladları var.

Qlobal.az


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook