Vəhhabi şahzadədən Fələstinlə bağlı qalmaqallı açıqlama
Aprel 30
17:48
2018
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman İsrail-Fələstin münasibətlərinə toxunub.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, ötən həftə Nyu Yorkda təşkil olunan "Yəhudi Liderlərinin İclası"nda iştirak edən şahzadə Məhəmməd illərdir Fələstinlə İsrail arasında davam edən gərginliyin bitirilməli olduğunu vurğulayıb.
Bu barədə ABŞ-da yayımlanan "İsrail Channel 10" telekanalına açıqlama verən vəliəhd fələstinlilərin artıq ya barışmalı, ya da ağızlarını bağlamalı olduqlarını deyərək, hər kəsi təəccübləndirib.
"Son 40 ildir fələstinlilərə bir çox fürsətlər təklif olunub. Lakin onlar bu təkliflərin hamısını əllərinin tərsi ilə geri çeviriblər. İndi fələstinlilərin təklifləri qəbul etmə və razılıq masasına gəlmə zamanıdır. Bunların heç birini edə bilmirlərsə, ağızlarını bağlayıb, sızıldamağı dayandırsınlar", - deyə o, bildirib.
Məhəmməd ibn Salman ölkəsinin gündəminə də toxunub və hazırda Səudiyyə Ərəbistanının öncəliyinin "Fələstin problemi" deyil, İran olduğunu bildirib.