Vəfat etmiş dövlət qulluqçularının vərəsələrinə müavinət veriləcək (VİDEO)
Dekabr 06
07:45
2025
Vəfat etmiş dövlət qulluqçularının vərəsələrinə müavinət ödəniləcək.
Bu, "Dövlət qulluğu haqqında" qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, ödəniləcək məbləğ həmin şəxsin ortaaylıq maaşının 4 misli qədər olacaq.
Onun sözlərinə görə, bu birdəfəlik müavinətdir və ölən şəxsin ailəsinin sosial təminatını gücləndirmək məqsədi daşıyır.
Qeyd olunub ki, vərəsələr müvafiq orqana müraciət etməklə müavinəti əldə edə biləcəklər.

Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.