Vəfat edən Papanın 16 milyon dollar sərvəti kimə qalacaq?

Aprel 22
08:05
2025
88 yaşında vəfat edən Roma Papası Fransiskin sərvəti açıqlanıb. "Qafqazinfo” xəbər verir ki, bu barədə "The Economic Times” nəşri məlumat yayıb.
Nəşr bildirib ki, təvazökarlığı və yoxsullara xidməti ilə tanınan Papa sağlığında dəbdəbəli həyatdan qaçıb, yoxsullara kömək edib və xeyriyyəçilik işlərindən heç vaxt əl çəkməyib.
Onu da deyək ki, ənənəvi olaraq, Papalar şəxsi varislərinə minimal miras qoyur. Onlar adətən aktivlərini dini xeyriyyə təşkilatlarına və ya Vatikan fondlarına həsr edirlər.