Vəfa Allahverdiyevanın məhkəmə zalında həbsi tələb edildi
Oktyabr 27
15:13
2025
Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Vəfa Allahverdiyevanın məhkəmə istintaqı tamamlanıb.
"Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror yekun çıxış edib.
O bəyan edib ki, Vəfa Allahverdiyevaya verilmiş ittiham kifayət qədər dəlil-sübutlar və şahid ifadələri əsasında təsdiqini tapıb. Prokuror bu əsasla onun 7 il 6 ay, birgə ittiham olunduğu Təranə Bağırovanın 9 il azadlıqdan məhrum edilməsini tələb edib. Sonuncu başqa cinayətə görə hazırda həbsdədir. Azadlıqda olan V.Allahverdiyevanın məhkəmə zalında qandallanması istənillib.
İş üzrə zərərçəkmiş Cavanşir Məmmədəliyevi isə yalnız ələ keçirilən 51 min manat pulunun geri qaytarılması maraqlandırır. O, hansı cəzanın verilməsini məhkəmənin mülahizəsinə buraxdığını deyib.
Qeyd edək ki, Vəfa Allahverdiyeva ötən ilin sentyabrına kimi Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlovun müavini işləyib. O, eyni zamanda icra hakimiyyətində ictimai-siyasi və humanitar məsələlər üzrə şöbənin müdiri vəzifəsini icra edib.
Qlobal.az